Kiyevdə matəm ELAN EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə matəm ELAN EDİLDİ

Dünya

17 İyun 2025 14:12 377


Sabah, iyunun 18-də Kiyev Rusiya hərbçilərinin paytaxta endirdiyi kütləvi zərbənin qurbanları üçün matəm günü elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçkonun "Telegram" kanalında məlumat verilib.

Həlak olanların xatirəsinə bütün kommunal binalarda bayraqlar endiriləcək. Dövlət və özəl müəssisələrə də eyni addımı atmaq tövsiyə olunub. Şəhərdə bütün əyləncə tədbirləri qadağan edilib. Dördpendirli pizza

Raket hücumundan sonra dağıntıların təmizlənməsi işləri davam edir. Darnıtski rayonunda üç nəfərin həlak olması təsdiqlənib. Kliçkonun sözlərinə görə, axtarış-xilasetmə işləri Solomyanski rayonunda da aparılır. Ümumilikdə xəsarət alanların sayı 114 nəfərə çatıb./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!