Kiyevdə bir qadın sevgilisi ilə birlikdə yeniyetmə uşaqlarını porno filmə çəkilməyə məcbur edib.
Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, bu barədə Kiyev şəhər Prokurorluğu məlumat yayıb.
“İbtidai istintaqla müəyyən edilib ki, uşaqların 34 yaşlı anası və 35 yaşlı sevgilisi 14 yaşlı oğlan və onun 13 yaşlı bacısına qarşı qanunsuz məzmun yaratmaqda və zorakılıq etməkdə iştirak ediblər. Cinayəti törədən şəxslər uşaqları döyməklə hədələyərək, onları cinsiyyət orqanlarının təsvirləri ilə foto və video faylların yaradılmasında iştirak etməyə məcbur ediblər. Uşaqlara qarşı bu qanunsuz hərəkətlər bir il davam edib və yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsindən sonra qarşısı alınıb”, - məlumatda deyilir. pizza sifarişi
Yetkinlik yaşına çatmayan uşaqların uşaq pornoqrafiyasının hazırlanmasında, yayılmasında iştirak etməyə məcbur etmə, onlara qarşı əxlaqsız hərəkətlər etmə, habelə cinsi xarakterli zorakılıq hərəkətləri etmə faktları üzrə qadın və kişi barəsində məhkəməyə ittiham aktı göndərilib
Şübhəlilər barəsində həbs-qətimkan tədbiri seçilib. Etdikləri əmələ görə onları 15 ilə qədər həbs gözləyir.
Telegram kanalımız