Kiyevdə qətl törədən şəxs iki il sonra Bakıda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə qətl törədən şəxs iki il sonra Bakıda tutuldu

Kriminal

22 İyun 2020 17:17 1573


2018-ci il iyulun 3-də Ukrayna Respublikası Kiyev şəhərində yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində Bakı şəhərində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxaq axtarışda olan paytaxt sakini Yasin Həsənov tutulub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra  qeyd edilən hadisəni törədib. Marqarita pizza

Faktla bağlı Baş İdarədə Yasin Həsənov ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!