Kiyevdəki azərbaycanlılardan xəbər var: “Bu gün saat 12-də...“

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdəki azərbaycanlılardan xəbər var: “Bu gün saat 12-də...“

Maraqlı

02 Mart 2022 11:05 460


“Bu gün Ukraynanın şərə qarşı verdiyi savaşın yeddinci günüdür. Ukrayna xalqı qalibdir, ukraynalılar qəhrəmandır”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov deyib.

“Bu yeddi gündə Rusiyaya qarşı edə biləcəkləri hər şeyi ediblər. Hazırda Rusiya qonşu ölkənin ərazi bütövlüyünü pozur, mülki əhalini panikaya salmaq üçün raket zərbələri endirib, əhalini vəhşicəsinə öldürür. Hazırda milyonlarla insan zirzəmilərdə vahimə içində saxlanılır. Amma Ukraynanın əzmini qıra bilməyiblər! Əksinə ukraynalıların nə qədər güclü olduqlarını bir daha sınayıblar və dünyaya göstəriblər”. Sezar pizza

C.Məmmədov bildirib ki, hazırda paytaxt Kiyevdə vəziyyət stabildir: “Dünən gecə saatlarından etibarən Kiyevdə sakitlikdir. Başqa bölgələrdən çox sayda düşmən texnikasının məhv edildiyi xəbərləri var. 

Bu gün eyni zamanda saat 12:00-da soydaşlarımızın Kiyevdən qatarla Rumıniyaya təxliyəsi planlaşdırılıb. Hər şeyin yaxşı olacağına inanırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!