Kiyevdən Putinin Zelenski ilə Moskvada görüşmək təklifinə REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdən Putinin Zelenski ilə Moskvada görüşmək təklifinə REAKSİYA

Siyasət

03 Sentyabr 2025 21:36 373


"Ukrayna və Rusiya liderlərinin Moskvada görüşü ilə bağlı Kremlin bugünkü təklifi real deyil və faktiki olaraq müharibəni uzatmağa yönəlib".

Oxu.Az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin söyləyib.

Litvinin sözlərinə görə, indi Putin sadəcə müharibəni uzadır və bir daha sübut edir ki, onu real diplomatiyaya və sülhə məcbur etmək üçün təzyiq lazımdır. pizza mizza

Zelenskinin müşaviri qeyd edib ki, hazırda azı yeddi dövlət liderinin görüşü üçün platforma təqdim etməyə hazırdır:

"Yeganə problem odur ki, Putin özü bunu istəmir. Hələlik istəmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!