Kiyevə “Patriot” verilməyib - Səfirin sözləri təkzib olundu

saytların hazırlanması

Evə çatdırılma

Kiyevə “Patriot” verilməyib - Səfirin sözləri təkzib olundu

Dünya

10 İyun 2025 16:45 314


İsrail ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməyib.

Yenisabah.az TASS-ə istinadla xəbər verir ki, bunu İsrailin XİN bildirib.

Nazirlik Ukraynadakı səfiri Mixail Brodskinin müvafiq bəyanatını şərh edib. Toyuqlu pizza

“İsrail Patriot sistemlərini Ukraynaya ötürməyib” deyən agentliyin mənbəsi bunun “rəsmi cavab” olduğunu qeyd edib. O, İsrailin Kiyevdəki səfirinin bəyanatını şərh edib: “Bəyanat düzgün deyil".

Brodski bir müddət əvvəl İsrailin ABŞ-dan aldığı və 1990-cı illərdə istifadə etdiyi "Patriot" hava hücumundan müdafiə sistemlərini Ukrayna münaqişəsi zamanı Kiyevə köçürdüyü barədə açıqlama vermişdi. Səfir sistemlərin Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb. Eyni zamanda, “The New York Times” mayın əvvəlində Ukraynanın “Patriot”u, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala biləcəyini yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!