Klaar İrəvandan İstanbula getdi

saytların hazırlanması

Evə çatdırılma

Klaar İrəvandan İstanbula getdi

Rəsmi

09 Dekabr 2022 17:09 735


Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistandan Türkiyəyə gedib.

Yenisabah.az xəbər verir ki, Klaar İrəvan səfərində Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Qeyd edək ki, görüşlərdə digər mövzularla yanaşı, İrəvan və Bakı arasında sülh sazişi məsələləri də müzakirə olunub. Marqarita pizza

“İrəvanda Baş nazir Nikol Paşinyan, Baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla qısa, lakin mənalı görüşlər keçirdim. İndi isə yolum İstanbuladır”, – deyə Klaar “Twitter” mikrobloqunda yazıb.

Aİ rəsmisi İstanbula səfərinin məqsədi barədə ətraflı məlumat verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!