“Kliniki ölüm keçirdim“   - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Kliniki ölüm keçirdim“ - Əməkdar artist

Şou

05 Yanvar 2021 12:01 844


Əməkdar artist Firuzə İbadova klinik ölüm keçirdiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” verilişində qonaq olan sənətçi bu barədə danışıb:

“Müğənni Xatunun verilişinin çəkilişi idi. Çəkiliş gedirdi, uşaqlar danışıb-gülürdü. Birdən nəfəs ala bilmədim. Uşaqlar tez təcili yardım çağırdılar. Həkimlər dedilər ki, bu kliniki ölümdür. Kliniki ölüm keçirdim. Təzyiqim çox tez düşümüşdü. Xatun mənə süni nəfəs verdi. Ürəyimi masaj etdi. Ayılanda yanımda həkim görüb şok oldum. Heç nə xatırlamırdım çünki. Xatun, Xuraman Şuşalı mənim üçün çox narahat olublar. Xatun süni nəfəs vermişdi”. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!