“Klipimə çəkilmək üçün 5 min pul istədi“ - Nadir Qafarzadə

saytların hazırlanması

Evə çatdırılma

“Klipimə çəkilmək üçün 5 min pul istədi“ - Nadir Qafarzadə

Şou

10 İyun 2020 22:10 2193


Müğənni Nadir Qafarzadə "5/5" verilişində qonaq olub.

Yenisabah.az xəbər verir ki, sənətçi proqramda klipinə çəkilmək üçün ondan yüksək qonorar tələb edən aktyordan danışıb. Nadir ilk olaraq onun adını çəkmək istəməsə də, daha sonra açıqlayıb:

“Bir aktyor var, çox xoşum gəlir. Adını çəkməyəcəm, yaxşı aktyordur. Gəncdir, amma çox istedadlıdır. Onu klipimə çəkmək istədim, məndən 5 min manat istədi. Hər bir şeyin qiyməti var. 5 min manat elə-belə pul deyil. Onun pərəstişkarıyam: Hikmət Rəhimovdur. Ona ikinci Fuad Poladov deyirəm. Məndə də həmin vaxt o pul yox idi”. Toyuqlu pizza

Qeyd edək ki, Hikmət Rəhimov “Çaqqal nəfəsi”, “İkinci pərdə”, “Xənnas”, “İmtahan”, “Döngələr” kimi film və seriallarda rol alıb.  /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!