KLM Təl-Əvivə uçuşları ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

KLM Təl-Əvivə uçuşları ləğv etdi

Dünya

01 Oktyabr 2024 17:53 410


KLM aviaşirkəti 2024-cü ilin sonuna qədər Təl-Əvivə bütün uçuşları ləğv edib.

Yenisabah.az xəbər verir ki, bir neçə aviaşirkət bundan əvvəllər Tel-Əvivə uçuşları dayandırmışdı, lakin oktyabrın 26-da uçuşları bərpa etməyi planlaşdırırdı.

KLM sözçüsü bildirib ki, bu qərar (müddəti uzatmaq) bu yaxınlarda İsrail və "Hizbullah" arasındakı müharibəyə görə Yaxın Şərqdə artan gərginliyə görə verilib. Marqarita pizza

Beyruta gəlincə, Niderland şirkəti özü oraya uçmur və onun bu marşrut üzrə fəaliyyət göstərən törəmə şirkəti "Transavia" noyabrın 3-dək Beyruta, 2024-cü ilin mart ayının sonuna qədər isə Təl-Əvivə uçuşları dayandırıb.

KLM-nin tərəfdaşı olan "Air France" şirkəti də Beyrut və Təl-Əvivə uçuşları hələlik ləğv edib.

Oktyabrın 1-də Almaniyanın "Lufthansa" və onun törəmə şirkəti "Swiss International Air Lines" oxşar qərarları açıqlayıb.

Bundan əlavə, "Lufthansa" oktyabrın 14-dək Tehrana uçuşları ləğv etdiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!