"Yuventus"un (İtaliya) keçmiş prezidenti Covanni Cili komandanın baş məşqçisi Mauritsio Sarrini tənqid edib.
“Yeni Sabah” xəbər verir ki, keçmiş rəsmi Sarrinin işini bəyənmədiyini söyləyib. O, bildirib ki, baş məşqçinin sözləri heç vaxt üst-üstə düşməyib:
"Sarrinin işini sevmirəm. Onu hər zaman tənqid etmişəm və bundan sonra da tənqidə davam edəcəyəm. Fikir verirsiniz? Onun sözləri heç vaxt üst-üstə düşmür. O, Dibalanı gah tənqid edir, gah da onu klubdan uzaqlaşdırmağa çalışır. Bu qəribədir”. pizza hut
C.Cili “ağ-qaralar”ın yarımmüdafiəçisi Miralem Pyaniçin oyununu pendirə bənzədib:
"Pyaniçin oyununa fikir verin. Bu pendirə bənzəyir. Ona istirahət lazımdır”.
Telegram kanalımız