Dünən gecə İngiltərənin “Mançester Yunayted” klubunun vitse-prezidenti və icraçı direktoru Eda Vudvordun evinə hücum olunub.
“Yeni Sabah” xəbər verir ki, “Mançester Yunayted” klubunun bir qrup azarkeşi vitse-prezidentin yaşadığı evə tərəf boya, tüstü yayıcı atıblar. Onlar “Vudvord ölməlidir!” şüarı ilə çıxış ediblər. Hadisə baş verən zaman evdə Vudvordun özü və ailəsi olmadığını öyrənən fanatlar evə hücum ediblər.
Qeyd edək ki, “Mançester Yunayted” azarkeşləri komandanın uğursuz çıxışı zamanı dəfələrlə stadionda Vudvordu istefaya səsləyib. Marqarita pizza
Naibə
Telegram kanalımız