Klublar əvəzetmə sayının artırılması ilə bağlı AFFA-ya müraciət edəcək

saytların hazırlanması

Evə çatdırılma

Klublar əvəzetmə sayının artırılması ilə bağlı AFFA-ya müraciət edəcək

İdman

22 Avqust 2021 23:40 1418


Azərbaycan Premyer Liqasında çıxış edən klublar əvəzetmə sayının artırılması ilə bağlı AFFA-ya müraciət edəcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis artıq bununla bağlı klubun menecerlərinə tapşırıq verildiyini bildirib: "Bir həftə, 10 gün əvvəl menecerimizə bildirdim ki, federasiyaya müraciət etsinlər, say artırılsın. Cavab gəldi ki, Klublar Komitəsi yığışıb bununla bağlı müraciət edəcək. Dünya futbolunda get-gedə tempi saxlamaq üçün bu addımları artırlar. Özüm də görürəm ki, buna ehtiyac var" Pepperoni pizza

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 3 əvəzetmə qaydasından istifadə olunur./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!