2024/25 mövsümü Avropa kuboklarında mübarizə aparacaq Azərbaycanın 4 klubu müəyyənləşib.
Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, “Qarabağ” Çempionlar Liqası, “Zirə” Avropa Liqası, “Sabah” və “Sumqayıt” isə Konfrans Liqasında yarışacaq.
“Qarabağ”ın Çempionlar Liqasına 1-ci mərhələdən başlaması nəzərdə tutulur. Lakin avrokubokların yeni formatı ilə əlaqədar Ağdam təmsilçisi mübarizəyə ikinci mərhələdən də başlaya bilər. İyunun 1-də “Real” “Borussiya”ya (Madrid) Çempionlar Liqasının finalında qalib gələrsə, “Qarabağ” yarışa 2-ci, əks halda 1-ci mərhələdən başlayacaq. Sezar pizza
Birinci mərhələnin püşkü iyunun 18-də, ikinci mərhələnin püşkü isə iyunun 19-da atılacaq.
Birinci mərhələnin oyunları 9/10 iyul - 16/17 iyul, ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.
“Zirə”
Komanda Avropa Liqasına 1-ci mərhələdən başlayacaq. “Zirə”nin rəqibin adına iyunun 18-də keçiriləcək püşkatmada aydınlıq gələcək. Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək.
“Sabah”, “Sumqayıt”
Hər iki təmsilçimiz Konfrans Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkatması iyunun 19-da, oyunları isə 25 iyul - 1 avqustda keçiriləcək.
Telegram kanalımız