Klubu Arda Turandan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Klubu Arda Turandan imtina etdi

İdman

05 Yanvar 2020 15:18 1198


Son vaxtlar yetirməsi olduğu “Qalatasaray”a qayıdacağı gündəmdə olan türkiyəli məşhur futbolçu Arda Turan “Başakşəhər”dən ayrılmağa yaxındı. 

"Yeni Sabah" xəbər verir ki, İstanbul klubu mövsümün qalan hissəsi üçün hazırlıq planını və toplanışda iştirak edəcək futbolçuların siyahısını açıqlayıb. Lakin onlar 32 yaşlı yarımmüdafiəçinin adını toplanış üçün siyahıya yazmaqdan imtina ediblər. Bu isə Ardanın “Başakşəhər”dən ayrılacağına dair ehtimalların özünü doğrultmaqda olduğunu göstərir.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda “Başakşəhər”də icarə əsasında oynayır. Onun Super Liqa təmsilçisi ilə mövsümün sonunadək icarə müqaviləsi var. Türkiyə millisinin sabiq üzvünün İspaniya nəhəngi ilə anlaşması da mövsümün sonunda bitəcək. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!