"Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. Rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Ancaq bunu bacarmadıq".
"Yeni Sabah" xəbər verir ki, bunları "Qəbələ"nin məşqçisi Elmar Baxşiyev Premyer Liqanın XII turunda "Neftçi"yə 1:4 hesabı ilə uduzduqları səfər matçından sonra söyləyib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, komandalar arasında səviyyə fərqi aşkar görünür: "Sabitliyi qoruya bilmirik. Bu da təcrübəli futbolçuların azlığından gəlir. Meydanda aciz olduğumuzu deməzdim. Rəqibin ustalıq səviyyəsi üstün idi, qol epizodların dəyərləndirdilər. Bizdə isə alınmadı". Marqarita pizza
Baxşiyev sponsor məsələsinə də toxunub: "Üzərimizə düşəni edirik. Sponsor işi bizə aid deyil. "Qəbələ"nin yaşayacağına inanıram". /report
Telegram kanalımız