KM məhkəmə mübahisələrilə bağlı qərarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

KM məhkəmə mübahisələrilə bağlı qərarını açıqladı

Maraqlı

13 Yanvar 2023 20:41 883


Konstitusiya Məhkəməsi kommersiya, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı qərarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin bir sıra maddələrilə bağlı müraciətinə baxılıb və qərar qəbul edilib.

Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!