Kamil medal aldı - “Bəzilərinin ürəyi partlamasın deyə...”

saytların hazırlanması

Evə çatdırılma

Kamil medal aldı - “Bəzilərinin ürəyi partlamasın deyə...”

İdman

18 Fevral 2021 14:20 968


Tanınmış idmançı Kamil Zeynallı təltif edildiyi medalı alıb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İdmançı  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən "Vətən naminə" medalı ilə təltif edib. pizza hut

Medalı alan idmançı onu qızı Sahilənin sinəsinə taxıb.

“Vətən naminə... Mən isə yardımlarımı Allahın, obamın, əsgərlərin, qazilərin və kasıb insanların naminə edirəm. Medal bu gün təqdim olundu, bəzilərinin ürəyi partlamasın deyə kimlər tərəfindən verildiyini göstərmədim. Əsas insanlıqdır, xain, paxıl olmayın! Mən niyə medalı öz yaxama asmadım? Çünki etdiklərimi medal xatirinə etməmişəm” - deyə K.Zeynallı paylaşımına şərh yazıb.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!