Kobaxidze İlham Əliyevə təbrik ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze İlham Əliyevə təbrik ünvanladı

Siyasət

23 Dekabr 2024 16:58 341


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri. pizza hut

İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amalıq və uğurlar arzulayıram.

Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır.

Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi töhfələrinizi minnətdarlıq hissi ilə qeyd etmək istərdim.

Şadam ki, ölkələrimiz arasında mövcud olan ənənəvi möhkəm dostluğumuz və strateji tərəfdaşlığımız bütün sahələrdə uğurla inkişaf edir. İnanıram ki, çoxşaxəli və qarşılıqlı faydalı əlaqələrimizi ölkələrimizin və regionun rifahı naminə gələcəkdə də uğurla davam etdirəcəyik.

Zati-aliləri, Sizi bir daha səmimi-qəlbdən təbrik edir və Sizə ən dərin ehtiramımı ifadə edirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!