Kobaxidze Xaçaturyanla sülh müqaviləsi barədə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze Xaçaturyanla sülh müqaviləsi barədə danışdı

Dünya

05 Avqust 2025 16:36 178


Gürcüstanın baş naziri İrakli Kobaxidze BMT konfransı çərçivəsində Ermənistan prezidenti Vahan Xaçaturyanla görüşüb.

Yenisabah.az xəbər verir ki, görüş zamanı Gürcüstan və Ermənistan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq, eləcə də regionda baş verən proseslər müzakirə olunub.

"Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyəti qeyd edilib. Baş nazir bəyan edib ki, Ermənistan və Azərbaycanın sülh sazişi üzrə danışıqların başa çatması ilə bağlı birgə bəyanatı bu istiqamətdə irəliyə doğru mühüm addımdır. İrakli Kobaxidze Gürcüstan hökumətinin dialoqu asanlaşdırmağa və bununla da regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib”, - Gürcüstan hökumətinin mətbuat xidməti bildirib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!