Helikopter qəzasında həyatını itirən məşhur basketbolçu Kobe Brayant və qızının dəfn mərasiminin vaxtı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, 24 fevral tarixində keçiriləcək mərasim “Lakers”in ev oyunlarını keçirdiyi “Staples Center”də baş tutacaq.
Mərasim üçün 24.02.2020 tarixinin seçilməsinin xüsusi səbəbi var. Belə ki, Kobe Brayantın nömrəsi 24, qızı Ciannanın isə forma nömrəsi 2 olub. pizza mizza
Qeyd edək ki, dəfndə eyni qəzada həyatını itirən daha 7 nəfər də yad ediləcək.
Telegram kanalımız