Helikopter qəzasında həyatını itirən əfsanəvi basketbolçu Kobe Brayantın həyat yoldaşı məhkəməyə müraciət edib.
"Yeni Sabah" xəbər verir ki, Vanessa Brayant helikopter şirkəti "Island Express Helicopters"dən şikayətçi olub. O, erməni əsilli pilot Ara Zobayanın çiskinli havada təyyarəni havalandırmasının düzgün olmadığını müdafiə edib. Vanessa şirkəti laqeydlik ucbatından ölümə səbəb olmaqda ittiham edib.
Qeyd edək ki, 41 yaşlı keçmiş idmançı və qızı, həmçinin onlarla bərabər olan daha 7 nəfər ötən ayın 27-də helikopterin ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerə çırpılması nəticəsində ölüb. Telegram kanalımız