KOBİA sahibkarlara müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

KOBİA sahibkarlara müraciət etdi

İqtisadiyyat

05 May 2022 18:21 322


18-20 may tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgilərində ödənişsiz məhsullarını təqdim etmək istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər.

Yenisabah.az xəbər verir ki, bu barədə KOBİA-dan bildirilib.

Məlumata görə, sərgilərdə məhsullarını təqdim etmək istəyən mikro, kiçik və orta biznes subyektləri (KOB) müvafiq formanı dolduraraq mayın 10-nadək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. KOB-ların bazarlara çıxışının genişləndirilməsinə və satışına dövlət dəstəyinin təmin olunması məqsədilə KOBİA-nın stendində sahibkarlar üçün ödənişsiz yer ayrılacaq, sərgilər çərçivəsində onların biznes əlaqələrini genişləndirməsi üçün görüşlərin təşkilinə dəstək göstəriləcəkdir. Dominos pizza

Sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunacaq. Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları, distribyutorları, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı istehsalçıları bir araya gətirəcək.

https://smb.gov.az/az/contact-form/exhibition-form/1


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!