KOBİA və “Albayrak” arasında əməkdaşlıq imkanları müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

KOBİA və “Albayrak” arasında əməkdaşlıq imkanları müzakirə olundu

İqtisadiyyat

12 İyul 2023 19:57 3094


İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)və Türkiyənin “Albayrak” Şirkətlər Qrupu arasında keçirilən görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

İstanbulda səfərdə olan KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Albayrak” Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Mustafa Albayrakla görüşüb. Marqarita pizza

Görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Albayrak” Şirkətlər Qrupu tikinti, daşınmaz əmlak, sənaye, logistika, media, turizm kimi 20-dən çox sektorda fəaliyyət göstərir. Şirkətlər qrupuna 80-ə yaxın şirkət və marka daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!