Kobra Pərviz İstanbulda rinqə çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Kobra Pərviz İstanbulda rinqə çıxacaq

İdman

23 İyun 2021 12:51 974


Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Kobra ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.

Yenisabah.az xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı iyunun 26-da Türkiyənin İstanbul şəhərində təşkil olunacaq “Akın döyüş arenası” turnirində qüvvəsini sınayacaq.

Abdullayev Braziliya idmançısı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gələcək. Qarşılaşma “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutacaq. pizza

Qeyd edək ki, bu, Abdullayevin peşəkarlar arasında 56-cı döyüşü olacaq. O, bunadək keçirdiyi 55 qarşılaşmada 49 qələbə qazanıb. Pərviz 26 dəfə rəqiblərini nokautla məğlub edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!