“Kobra Pərviz” Türkiyəyə qayıdır – Filmə çəkiləcək

saytların hazırlanması

Evə çatdırılma

“Kobra Pərviz” Türkiyəyə qayıdır – Filmə çəkiləcək

İdman

22 İyul 2020 12:53 1168


"Survivor" yarışmasına görə uzun müddətdir Türkiyədə olan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev bir neçə gün əvvəl Bakıya qayıdıb.

Yenisabah.az .-a istinadən xəbər verir ki, idmançı yenidən İstanbula qayıdacaq. Buna səbəb isə Pərvizin orada bir neçə iş təklifi almasıdır.

Məsələ ilə bağlı verilən sualları cavablandıran idmançı bildirib ki, təkliflər gəlib: "Hazırda vətənimdəyəm. Buralar üçün çox darıxmışdım. Türkiyəyə nə vaxt qayıdacağım hələ dəqiq deyil. Amma film təklifləri almışam. Onları dəyərləndirəcəm. Birdəfəlik İstanbula köçmək bir az çətin qərardır, onu düşünməliyəm". pizza

Axşam.az xatırladır ki, Pərviz Acun Ilıcalının "Survivor" layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddət Dominikan Respublikasında qalmışdı. Maydan bu yana isə Pərviz İstanbulda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!