Köç zamanı Ermənistana Azərbaycanın casusları da keçib – Davit Hovhannisyan

saytların hazırlanması

Evə çatdırılma

Köç zamanı Ermənistana Azərbaycanın casusları da keçib – Davit Hovhannisyan

Hadisə

15 Oktyabr 2023 09:01 20683


Məlum olduğu kimi, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatından sonra bölgədə yaşayan erməni əsilli şəxslər Xankəndi şəhəri və ətraf rayonları tərk edərək Ermənistana gediblər.

Ermənistan mətbuatı yazır ki, Qarabağdan Ermənistana köçən ermənilər arasında 16 nəfər məhkum da olub.

Xankəndindən Ermənistana gedən hüquqşünas Davit Hovhannisyan bildirib ki, 16 nəfər məhbusun arasında “dövlətə” xəyanətdə və “casusluqda” ittiham olunan şəxslər də olub. pizza sifarişi

Hovhannisyan deyib ki, bu şəxslər Azərbaycana “casusluq” etdikləri üçün həbs olunublar.

Həmin şəxslərin Ermənistanda sərbəst şəkildə gəzdiklərini deyən erməni hüquqşünas bildirib ki, həmin şəxslər Ermənistanın məhkəmə sistemi tərəfindən mühakimə olunana qədər həbsdə saxlanılmalıdırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!