Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verildi

saytların hazırlanması

Evə çatdırılma

Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verildi

Dünya

22 Aprel 2021 17:57 733


Ermənistanın Baş Prokurorluğu İrəvan ümumi yurisdiksiya məhkəməsinin sabiq prezident Robert Koçaryan və “1 mart işi” ilə bağlı təqsirləndirilən digər şəxslərin barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

Yenisabah.az-ın xəbərinə görə, bu barədə bu gün yerli media Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryana istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq məhkəmənin Robert Koçaryan, Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Qevorkyanın barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib. (APA) pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!