Koçaryan Paşinyan əleyhinə böyük koalisiya yaradır

saytların hazırlanması

Evə çatdırılma

Koçaryan Paşinyan əleyhinə böyük koalisiya yaradır

Rəsmi

01 Aprel 2021 12:11 866


Ermənistanın eks-prezidenti Robert Koçaryan 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlaşır.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, o, hazırladığı seçki siyahısına nüfuzlu şəxsləri daxil etməyə çalışır.

Koçaryanın komandasına daxil olanlar arasında VivaCell-MTS mobil operatorunun baş direktoru Ralf Yirikyan, eks-müdafiə naziri Seyran Ohanyan, eks-Baş Qərargah rəisi Yura Xaçaturov, eks-baş nazir müavini Arman Qevorkyan daxildir. Marqarita pizza

“Qraparak”ın məlumatına görə, keçmiş baş nazir Karen Karapetyan seçki siyahısına qatılmasa da, Koçaryana hər cür dəstək verməyə hazır olduğunu deyib.

Biznesmen Artak Tovmasyan və Zəngəzurdan olan siyasətçilər də seçkilərdə ona qoşulmağı planlaşdırır.

Robert Koçaryanın başçılıq edəcəyi siyasi qüvvənin seçki siyahısında 3-cü şəxs eks-ədliyyə naziri Arpine Ovannisyan olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!