Koçaryan Şuşanın əldən verildiyi gün Paşinyanı devirmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Koçaryan Şuşanın əldən verildiyi gün Paşinyanı devirmək istəyir

Rəsmi

04 Noyabr 2021 17:43 1297


Ermənistanın eks-prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan baş nazir Nikol Paşinyanı devirmək fikrindədir.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, o, “Ermənistan” blokunun noyabrın 8-də İrəvanın mərkəzində mitinq keçirəcəyini elan edib.

Koçaryan mitinlə birlikdə, “Milli Müqavimət” hərəkatına başlayacaqlarını elan edib. Mitinqə Serj Sarkisyanın faktiki liderlik etdiyi “Şərəf duyuram” müxalif bloku da qoşulacaq. pizza hut

“Milli müqavimət formalaşdırmaq və hakimiyyəti dəyişmək lazımdır. Bunun sayəsində layiqli sülhə, ağır sosial-iqtisadi böhranın çözülməsinə və Ermənistanın təhlükəsizliyinə nail oıunacaq”-deyə blokun bəyanatında bildirilir.

İrəvanın Azadlıq meydanında baş tutacaq mitinq zamanı kütləvi iğtişaşların təşkil olunması, ölkədə siyasi durumun süni şəkildə gərginləşdirilməsi yolu ilə Nikol Paşinyan iqtidarının devrilməsi istisna olunmur.

Koçaryanın başçılıq etdiyi “Qarabağ klan”ı Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanmasını və delimitasiya prosesinin keçirilməsini nəzərdə tutan razılaşmaların gündəmdən çıxarıımasına çalışır.

Mitinqin Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edildiyi 8 noybar tarixinə salınması da məhz bu məqsədə xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!