"Ermənistanın iki keçmiş prezidenti Serj Sarkisyan və Robert Koçaryan müvəqqəti baş nazir namizədliyi ilə bağlı razılığa gəlməyincə, Müqavimət Hərəkat yeni vüsət almayacaq".
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edib: pizza mizza
"Ən yaxşı halda indiki vəziyyət davam edəcək və hətta etiraz aksiyaların sönməsi də mümkündür, çünki erməni xalqı şəxsiyyətlərin arxasınca getməyi sevir və ideya az adamı birləşdirir.
Bundan başqa, kimin müvəqqəti baş nazir olacağı bəlli olmayanda meydanda olan qüvvələr arasında Ermənistanın iki eks-prezidentinin planlarından xəbərdar olanlar azdır.
Bizə məlumat verdilər ki, Robert Koçaryanla Serj Sarkisyan arasında konsensus var ki, onların heç biri baş nazirliyə namizəd olmayacaq və siyasi baxımdan bitərəf şəxsin namizədliyini irəli sürməyə çalışırlar.
Keçmiş baş nazir Karen Karapetyanın namizədliyi müzakirə edilib, lakin ikinci şəxs - Sarkisyan buna razılıq verməyib”.
Telegram kanalımız