Koçaryan xəstəxanalıq oldu – Bıçaq altına yatdı

saytların hazırlanması

Evə çatdırılma

Koçaryan xəstəxanalıq oldu – Bıçaq altına yatdı

Dünya

09 Oktyabr 2019 09:33 930


Ermənistanın sabiq prezidenti Robert Koçaryan əməliyyat olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məsələ ilə bağlı açıqlama verən R. Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan faktı təsdiqləyib. O, sabiq dövlət başçısının səhhətinin yaxşı olduğunu bildirsə də, onun nə ilə bağlı əməliyyat olunduğunu açıqlamayıb. Marqarita pizza

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində R. Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında R. Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apelyasiya Məhkəməsi R. Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!