Koçaryanın bloku bəyanat verdi: “Xalqı güzəştlərə hazırlayırlar“

saytların hazırlanması

Evə çatdırılma

Koçaryanın bloku bəyanat verdi: “Xalqı güzəştlərə hazırlayırlar“

Rəsmi

05 Oktyabr 2022 15:36 1134


“Etibarlı mənbə” ifadəsi arxasında gizlənən indiki hakimiyyət erməni xalqını yeni ölümcül güzəştlərə hazırlayır".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə “Ermənistan” blokunun parlament fraksiyasının yaydığı bəyanatda deyilir.

"Eyni zamanda, anti-Rusiya isteriyasını stimullaşdırır, onların uğursuzluqlarına görə məsuliyyət daşıyanları aşkarlamağa çalışır". Pepperoni pizza

Blokun bəyanatda xüsusilə qeyd olunur: "Ermənistan və Qarabağ ətrafında baş verən hadisələrlə bağlı xalqımızın Rusiya Federasiyasın və KTMT-nin davranışı ilə bağlı çoxlu sualları var. Lakin Ermənistanda anti-Rusiya ab-havası yaratmaq və ölkəmizi kəskin geosiyasi münaqişə meydanına çevirmək yolverilməzdir.

Rusiya ilə Qərb arasında münaqişədə Ermənistanı alver obyektinə çevirmək üçün dövrün hakimiyyətinin avantürist siyasəti ölkəmiz üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər.

Əminik ki, yalnız hakimiyyət dəyişikliyi zamanı Rusiya və İranla strateji müttəfiqlik münasibətlərini bərpa etmək, eləcə də Qərblə münasibətlərdə etibarlı, proqnozlaşdırıla bilən və hörmətli tərəfdaşa çevrilmək mümkün olacaq".

Daha sonra bəyanatda qeyd olunur: "Ermənistanın ərazi bütövlüyü və suverenliyi bütün vasitələrlə qorunmalıdır. Biz qonşularla birgəyaşayış qaydalarının yaradılmasının, onlarla münasibətlərin qurulmasının tərəfdarıyıq, lakin təhlükəsizliyimiz və ləyaqətimiz bahasına deyil. Biz dövlətlərarası kommunikasiyaların dəhliz məntiqi ilə həyata keçirilməsinin əleyhinəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!