Koçaryanın və ailə üzvlərinin əmlaklarına həbs qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Koçaryanın və ailə üzvlərinin əmlaklarına həbs qoyuldu

Maraqlı

14 İyul 2023 19:47 1151


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryana və yeddi ailə üzvünə məxsus əmlaklara həbs qoyub.

Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu xəbər yayıb.

Qeyd olunur ki, Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirə Edilməsi İdarəsi müsadirə ilə bağlı məhkəməyə müraciət edib, məhkəmə iyulun 13-də qərar qəbul edib. Nəticədə R.Koçaryanın, onun həyat yoldaşının, uşaqlarının və onların da həyat yoldaşlarının əmlakına qarşı ilkin müvəqqəti tədbirlər görülüb. Dominos pizza

Söhbət 20 daşınmaz əmlak, 2 nəqliyyat vasitəsi, ümumi məbləği 1,5 milyon dollar olan vəsait və 10 milyard dramlıq qiymətli kağızlardan, həmçinin R.Koçaryanın ölkədəki və xarici şirkətlərdəki paylarından gedir.

Xatırladaq ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!