Köçəryan hakimiyyəti anti-konstitusyon yolla dəyişməyə cəhd edib

saytların hazırlanması

Evə çatdırılma

Köçəryan hakimiyyəti anti-konstitusyon yolla dəyişməyə cəhd edib

Dünya

02 Dekabr 2020 14:02 917


Noyabrın 10-da Ermənistanda parlament binasına daxil olanların əksəriyyəti keçmiş prezident Robert Köçəryanın adamları olub.

Yenisabah.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir.

"Araşdırmalar göstərir ki, iğtişaşlarda iştirak edənləri əhəmiyyətli hissəsi ikinci prezident Robert Köçəryanın tərəfdarları, “ARF Daşnaksütyun”, “Respublika” partiyasının, “Kamk” və “Alternativ” ictimai birliklərinin üzvləri olub. Kütləvi işğtişaşlarda iştirak edənləri çoxu müxalifət tərəfindən ələ alınıb. Baş verənlərdə müxalifət fəalları şəxsən zorakılığa çağırışlar ediblər və zorakı aktlar törədiblər”, - məlumatda deyilir. Marqarita pizza

Hadisələrlə bağlı 18 nəfər həbs olunub, 32 nəfər istintaqa cəlb edilib, 50 nəfər barəsində cinayət işi başlanıb.

İşğtişaşlarda iştirak edənlərdən 250 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

"Məlum olub ki, iğtişaşlarda iştirak edənlərin böyük hissəsi hərbi xidmət keçməyib və Qarabağdakı döyüşlərdə iştirak etməyib. Bu baxımdan, belə nəticəyə gəlmək mümkündür ki, baş verənlərin Qarabağla əlaqəsi olmayıb. Bu, sadəcə vəziyyətdən yararlanaraq hakimiyyətin anti-konstitusyon yolla dəyişdirməyə cəhd olub”, - məlumatda qeyd edilir.

Siyasi analitiklər hesab edir ki, onsuz da həbs olunmaq təhülkəsi ilə üz-üzə olan Robert Köçəryanın artıq yenidən dəmir barmaqlıqlar arasına düşəcəyi şübhə doğurmur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!