Köçəryan Lissabon sammitini xatırlatdı: “Vəfa Quluzadə...”

saytların hazırlanması

Evə çatdırılma

Köçəryan Lissabon sammitini xatırlatdı: “Vəfa Quluzadə...”

Rəsmi

17 İyun 2021 16:19 1717


“Adımı "DQR"in danışıqlardan kənarda saxlanılması ilə əlaqələndirmək ən azı vicdansızlıqdır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu “Ermənistan” blokunun lideri Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, 1995-ci ilin sonu - 1996-cı ilin əvvəllərində Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın müşaviri Jirayr Liparityan və o vaxtkı Azərbaycan Prezidenti Heydər Əliyevin müşaviri Vəfa Quluzadənin iştirakı ilə birbaşa danışıqlar prosesi olub. “Bu, Qarabağın iştirak etmədiyi bir proses idi. Proses təxminən bir ildən çox davam etdi və danışıqlar Lissabon sammiti ilə erməni tərəfi üçün son dərəcə əlverişsiz oldu. Ermənistan veto qoydu, qərar qəbul olunmadı. Liparitan da etiraf edib ki, yaxşı bir məqsədlə başlayan proses “DQR”in danışıqlar prosesi çərçivəsindən kənarda qalmasına səbəb olub”. pizza

Köçəryan yalnız 9 aprel 1998-ci ildə Ermənistan prezidenti olduğunu xatırladıb. “Lissabon zirvəsi 1996-cı ilin dekabrında baş tutub. Bunu mənim adımla bağlamaq ən azı vicdansızlıqdır. Bu baxımdan Ter-Petrosyan və Paşinyan bir-birinə bənzəyirlər. İşi özləri edir, sonra başqalarını günahlandırırlar. Ermənistan hakimiyyəti də eyni şəkildə hərəkət edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!