Ermənistanda seçki ehtirasları qızışır: Köçəryan Paşinyana qarşı yeni blok yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda seçki ehtirasları qızışır: Köçəryan Paşinyana qarşı yeni blok yaratdı

Rəsmi

09 May 2021 18:25 2764


Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün “Daşnaksütyun” və “Ermənistanın dirçəlişi” partiyaları ilə 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak haqqında bəyannamə imzalayıb.

Yenisabah.az Ermənistan mətbuatına istinadən bildirir ki, Köçəryanın rəhbərlik etdiyi blok "Ermənistan" adlanacaq.

Sənədi imzalamadan əvvəl Robert Köçəryan, eləcə də “Daşnaksütyun” partiyasının sədri İşxan Saqatelyan və “Ermənistanın dirçəlişi” partiyasının sədri, Sünik bölgəsinin keçmiş qubernatoru Vahe Hakobyan çıxış ediblər. Marqarita pizza

Köçəryanın nümayəndəsi  Viktor Soqomonyan siyasi qüvvələr arasında əməkdaşlığa dair bəyannamənin mətnini oxudu.

Bəyannamədə blok üzvləri, parlament çoxluğu ilə ölkəni idarə etmək məsuliyyətini öz üzərlərinə götürməyə hazır olduqlarını dilə gətirdilər. Yeni yaradılan blokun şüarı isə “Güclü bir Ermənistana doğru” olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!