Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...

saytların hazırlanması

Evə çatdırılma

Köçəryan, Sərkisyan, Saakyan və katolikos daşnaklarla birgə türklərə qarşı çağırış etdi...

Rəsmi

06 Fevral 2022 15:39 3658


Terrorçu "Daşnaksütyun" partiyasının bu gün İrəvanda keçirilmiş illik toplantısında Ermənistanın və  Qarabağdakı separatçı rejimin terrorçu eks-prezidentləri Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan və Arkadi Qukasyan, müxalifət partiyalarının liderləri, habelə bütün ermənilərin katolikosu II Qaregin Azərbaycan və Türkiyəyə qarşı kəskin çağırışlar ediblər.

Yenisabah.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

""Daşnaksütyun” ümummilli hərəkata başlamağı və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dayandırmağı təklif edir. Marqarita pizza

"Diaspordan, Ermənistandan və Qarabağdan olan ermənilər vətəni bərpa etmək hərəkatına qoşulmalıdırlar" - "Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Sağatelyan partiyanın yaradılmasının 131-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Sağatelyan hesab edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi dayandırılmalıdır. Eyni zamanda, o vurğulayıb ki, müxalifətlə indiki iqtidar arasında olan fikir ayrılıqları şəxsi deyil, ideoloji xarakter daşıyır və Ermənistanın və Dağlıq Qarabağın, eləcə də bütün erməni diasporunun gələcəyi ilə bağlıdır"- xəbərdə belə deyilir./Moderator.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!