Köçəryan: “Xəcalət çəkdim, utandım”

saytların hazırlanması

Evə çatdırılma

Köçəryan: “Xəcalət çəkdim, utandım”

Rəsmi

03 İyun 2021 14:36 1212


“Abovyan xəstəxanasının zirzəmisində gördüyümüz cəsədlər sadəcə rüsvayçılıqdır”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Robert Köçəryan bildirib.

“Ermənistan” seçki blokunun rəhbəri əlavə edib: “Bilirsiniz, hələ də İkinci Dünya müharibəsinin izlərini davam etdirən və qalıqları tapan, DNT müəyyənləşdirməsi keçirən, ölənlərin yaxınlarını tapan və sonra hərbi şərəflə dəfn edən dövlətlər var. Dövlət öz əsgərinə bu cür münasibət göstərir. Bəs Ermənistanda nə edirlər? Əsgərlərin qalıqları zirzəmiyə atılıb və hələ bundan sonra soyuducu düzəldəcəklərini söyləyirlər. 7 aydır soyuducu düzəldirsiz? Ermənistanda belə bir soyuducu cəmi 3 gündə istehsal edə biləcək şirkətlər var. Soyuducu düzəldə bilmirsinizsə, ölkənin dərdini necə çəkəcəksiz? O fotolara baxanda xəcalət çəkdim, öz dövlətim üçün utandım” pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!