Köçəryanın bloku parlamentdə ara qarışdırır

saytların hazırlanması

Evə çatdırılma

Köçəryanın bloku parlamentdə ara qarışdırır

Rəsmi

03 Avqust 2021 15:23 969


Ermənistanın eks-prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku hakim partiyadan vitse-spikerliyə namizədlərin səsverməsində iştirak etməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə müxalif blokdan olan deputat Armen Rustamyan açıqlama verib.

“Hökumətyönlü namizədlərə səs verməsəniz, sizin namizədinizə necə səs verəcəklər” sualına cavab olaraq isə Rüstəmyan bunun şəxsi problem olduğunu və digərlərini maraqlandırmadığını bildirib. “Biz bura seçilmək üçün gəlməmişik. Biz xalqı bu hakimiyyətdən qurtulmalı olduğuna inandırmalı olan müxalifətik",-deyə o qeyd edib. Marqarita pizza

Xatırladaq ki, Ermənistan müxalifəti üçüncü vitse-spiker vəzifəsinə İşxan Saqatelyanı namizəd göstərib.

Komissiya rəhbərləri vəzifələrinin bölüşdürülməsinə gəlincə, Armen Rustamyan kvotalarından birini "Şərəfim var" blokuna verəcəklərini diqqətə çatdırıb. Hazırda “Ermənistan” bloku “Vətəndaş Müqaviləsi" partiyasının hansı komissiyalara rəhbərlik edəcəyininin müəyyənləşməsini gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!