Köçəryanın ofisindən Paşinyana cavab:   “Yalan danışır“

saytların hazırlanması

Evə çatdırılma

Köçəryanın ofisindən Paşinyana cavab: “Yalan danışır“

Rəsmi

28 May 2021 15:27 31728


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tərəfdarları ilə görüşdə sələflərini parlamentdə terror hücumu təşkil etməkdə və Meğrini Azərbaycana vermək niyyətində olmaqda günahlandırıb.

Yenisabah.az xəbər verir ki, çox keçmədən Ermənistanın eks-prezidenti Robert Köçəryanın ofisi Paşinyanın ittihamlarına cavab verib. Robert Koçaryan ofisinin rəhbəri  Viktor Soqomonyan “Sputnik Ermənistan”a verdiyi açıqlamada Paşinyanın "sadəcə yalan danışdığını" vurğulayıb:

“Nə qədər şablon səslənsə də, baş nazir vəzifəsini icra edən şəxs sadəcə yalan danışır. Tam məsuliyyətlə bildirirəm ki, Köçəryanın prezidentliyi illərində Meğrinin köçürülməsi məsələsi heç vaxt müzakirə olunmayıb. Bu açıqlamalar köhnə və boş söhbətlərdir. Əgər Köçəryan bu işə qarışsaydı, indiki hökumət bu üç il ərzində onu rahat buraxmazdı, yeni cinayət işləri, məhkəmə icraatları və s. başlayardı”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!