Bu gün səhərdən İrəvanın mərkəzində Müqavimət hərəkatı baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyalarını bərpa edib.
Yenisabah.az xəbər verir ki, İrəvanın müxtəlif yerlərində etirazçılar küçələri bağlayıb.
Məlumata görə, Maştots prospektindən hava limanına gedən yol bağlanıb. Polis hərəkəti bərpa etməyə çalışır. Dördpendirli pizza
Aksiya iştirakçıları arasında saxlanılanlar var. Saryan küçəsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da saxlanılıb.
Saxlanılan şəxslər “Nikol satqındır” şüarları səsləndirirlər./Modern.az
Telegram kanalımız