Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.
Yenisabah.az Referans.az-a istinadən xəbər verir ki, 14 yaşlı qızı zorlamaqda ittiham olunan 38 yaşlı S.Y. barəsində hökm elan edilib.
Bursadakı özəl məktəbdə xarici dil müəllimi işləyən S.Y. imtahandan 100 bal alan şagirdlərinə mükafat olaraq kofe alacağına söz verib. O, şagird Ö.K.-nı evinə dəvət edib. Dominos pizza
Arvadından boşanmış müəllim yeniyetməyə şərab içirdib, sonra ona cinsi təcavüz edib. Müəllimlə şagirdi arasındakı ünsiyyət mobil telefon vasitəsilə cinsi məzmunlu mesajlar, fotoşəkillər və kamera görüntülərinin göndərilməsi ilə davam edib.
Qızının hərəkətlərindən şübhələnən ailəsi onun mobil telefonunu yoxlayıb. valideynlər S.Y.-nin zorakılığından xəbər tutaraq polisə müraciət edib.
Telegram kanalımız