“Sentyabrın 17-də gecə saatlarında Tərtər sakinləri kütləvi şəkildə yürüş keçiriblər. Səbəb isə Tərtərdə Türkiyə bayrağının endirilməsi olub. Eyni hadisə bu günlərdə Sumqayıtda baş vermişdi. Rəsmi qurumlardan xahiş edirəm, bu iki halı ciddi araşdırsınlar və bunu edənlərin hansı məqsəd güddüklərini müəyyənləşdirsinlər”.
Yenisabah.az xəbər verir ki, bu barədə tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
O baş verənləri hakimiyyətdəki “köhnə komanda”nın təxribatı kimi dəyərləndirib. “Başa düşdüyüm odur ki, köhnə komanda ara qarışdırmaqda və ölkə rəhbərliyinin siyasətinə qarşı çıxmaqda davam edir”, - deyə hüquqşünas vurğulayıb. Sezar pizza
Telegram kanalımız