Kolleclər üçün qeydiyyat başlayır

saytların hazırlanması

Evə çatdırılma

Kolleclər üçün qeydiyyat başlayır

Sosial

01 Oktyabr 2025 16:18 236


Sabahdan tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə başlanılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Namizədlər https://portal.edu.az/ vasitəsilə “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Toyuqlu pizza

Elektron sistem üzrə qeydiyyat oktyabrın 9-u  saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!