Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi

Sosial

05 İyul 2025 18:38 454


Vətən müharibəsi iştirakçısı Hüseynov Sübhan İlham oğlu vəfat edib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant Ucar rayonunun Qazyan kəndindəndir. 

Məlumata görə o, bir müddət öncə Ucar rayon Mərkəzi Xəstəxanasında qıl dönməsi səbəbi ilə əməliyyat olunub. S.Hüseynov burada narkozun təsirindən komaya düşüb. Daha sonra onu Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Maliyyə çatışmazlığı səbəbindən Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən baş leytenant komadan ayılmağı bacarsa da, bu gün dünyasını dəyişib.  Pepperoni pizza

O, doğulduğu Qazyan kəndində dəfn olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!