“Komanda yoldaşlarım mənə eşşək deyir“ - “Çelsi“nin ulduzu

saytların hazırlanması

Evə çatdırılma

“Komanda yoldaşlarım mənə eşşək deyir“ - “Çelsi“nin ulduzu

İdman

29 Mart 2023 16:50 935


"Çelsi"nin hücumçusu Kay Havertz heyvanlara, xüsusilə eşşəklərə olan sevgisindən danışıb. 

Yenisabah.az xəbər verir ki, almaniyalı futbolçu "The Guardian"a açıqlamasında deyib: 

“Bəzi komanda yoldaşlarım mənə eşşək deyirlər. Söhbət mənim oyunumla bağlı deyil. Uşaqlıqdan eşşəklərlə xüsusi münasibət bəsləmişəm. Çox sakit heyvandır. Bəlkə də mən özümü onlarla təcəssüm etdirmişəm. Çünki mən də sakitəm. Onlar bütün günü dincəlirlər, demək olar ki, heç nə etmirlər, sadəcə həyatlarından həzz alırlar.  pizza hut

Mən onları həmişə sevmişəm. Uduzanda heyvanlara baxıram, onlarda insani bir şey görürəm. Onda özümü rahat hiss edirəm". 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2020-ci ildən "Çelsi"də çıxış edir. O, bu mövsüm London klubunda ümumilikdə 36 oyuna 9 qol vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!