“Komandada çatışmazlıqlar var” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Komandada çatışmazlıqlar var” - Qurban Qurbanov

İdman

28 Avqust 2024 23:37 485


Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyəti şərh edib: "Məğlubiyyətə görə üzgünük. Futbolçularımın əziyyət çəkdilər. Azarkeşlərimizə də öz təşəkkürlərimi bildirmək istəyirəm. Sonadək bizi qələbəyə səslədiləır. Fərqlənmək üçün bir neçə imkanımız oldu. Təəssüf ki, qol hesabımızı aça bilmədik. Komandada çatışmazlıqlar var və çalışacağıq ki, bunları aradan qaldıraq. "Dinamo" 2 oyun ərzində 5 qol vurub, məncə, əlavə nəsə deməyə ehtiyac yoxdur". pizza mizza

Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda baş tutan ilk matçda "Dinamo" 3:0 hesablı qələbə qazanmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!