“Komandamızın zəif nöqtələrini müzakirə etmişik” - Fernandu Santuş

saytların hazırlanması

Evə çatdırılma

“Komandamızın zəif nöqtələrini müzakirə etmişik” - Fernandu Santuş

İdman

04 Sentyabr 2024 20:04 526


"Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

"Komandamızın zəif nöqtələrini müzakirə etmişik. Oyunçularımız da başa düşür ki, sabah bizim üçün çətin olacaq. Futbolçularımızda qələbə qazanmaq arzusu görürəm. Rəqib komandanın son 4 oyununu izləmişik. Onların zəif nöqtələrini özümüz üçün müəyyənləşdirməyə çalışdıq. Bununla belə, onların üstün cəhətləri də var. Futbolçularımıza izah olundu ki, rəqib komanda hücuma çıxanda necə müdafiə olunmalıyıq". Toyuqlu pizza

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!