“Qarabağ”ın bu dəfəki heyətini çox bəyəndim. Komandada müftəxor oyunçu gözə dəymir”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa “Facebook” hesabında paylaşıb.
Millət vəkili ötən gün keçirilən “Qarabağ” 1:1 “Rakuv” matçında komandamızın məğlub olmasından sonra baş verənlərə rəy bildirib. pizza
Deputat deyib ki, futbolçularımız fədakarcasına savaşdılar, şans da olduqca texnikalı rəqibdən yana idi:
“Rəqibin qapıçısı da bir neçə topu ustalıqla çıxardı. Bir də komandamızda oyun praktikasının azlığı özünü göstərirdi. Qurban Qurbanovun həmlələri də, məncə, optimal idi. Bu komanda Avropa Liqasında mərhələ adlayıb qruplara qatıla bilər.
Komanda və onun baş məşqçisi üçün tənqid həddini aşan rəyləri görəndə yadıma bizim böyük sənətkarlara isnad edilən bir lətifə düşür. Səhv etmirəmsə, Qulu Əsgərovun ifasına irad bildirən qarabağlı sənətkarların birinə cavabı maraqlı olur: “Siz Qarabağda bulaq suyu içib oxuyursunuz, mən isə Kür suyu içib oxuyuram”.
İndi də anlamaq istəmirlər ki, bu komandanın adı “Qarabağ” olsa da, idmanımızın bugünkü bataqlığında Kür suyu içib oynayırlar. Üzümüzü ağardan bir komandamız var, bir məğlubiyyətə görə üz döndərməyək, mənasız sual və rəylərlə məşqçi heyətini və oyunçuları ruhdan salmayaq”.
Telegram kanalımız